"Bu məni maraqlandırmır, çünki 100 faiz şayiə olduğunu bilirəm"

15:20 İngiltərə 82
"Bu məni maraqlandırmır, çünki 100 faiz şayiə olduğunu bilirəm"

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun onu maraqlandırmadığını deyib:

“Bu məni maraqlandırmır, çünki bunun 100 faiz şayiə olduğunu bilirəm. Belə şeylərə vaxtım yoxdur.

Burada müqaviləm var, ehtimal ki, 2029-cu ilə qədər. Mən bu klub üzərində cəmləşmişəm və burada olduğum üçün qürur duyuram.

Bir həftə öncə “Yuventus”la bağlı da eyni hal baş verdi. Mən buna fikir vermirəm.

Əsas odur ki, bu xəbərlər niyə ortaya çıxıb, anlamaq lazımdır, amma bunlar sadəcə şayiələrdir”.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti