Fransalı hücumçu ilə maraqlanır - Premyer Liqa nəhəngi

20 Dekabr 2025 10:20 İngiltərə 905
Fransalı hücumçu ilə maraqlanır - Premyer Liqa nəhəngi

Fransanın “Trua” klubunun hücumçusu Matis Deturbe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Spotinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, 18 yaşlı forvarda “Mançester Siti” maraq göstərir.

Deturbe artıq “şəhərlilər”in məşq bazasına baş çəkib.

Onun uğrunda “Mançester Siti” ilə yanaşı, “Monako” və “Roma” da mübarizə aparır. “Roma” futbolçu üçün 8 milyon və 2 milyon avro bonus təklif etsə də, “Trua”dan rədd cavabı alıb.

Cari mövsümdə ölkə çempionatında 16 oyuna çıxan fransalı futbolçu 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü