"Elə danışır ki, onu dinləmək, dediklərinə inanmaq istəyirsən”

21:15 İngiltərə 101
"Elə danışır ki, onu dinləmək, dediklərinə inanmaq istəyirsən”

“Mançester Siti”nin müdafiəçisi Con Stounz baş məşqçi Pep Qvardiolanın futbol fəlsəfəsindən danışıb və ispaniyalı mütəxəssisi yüksək qiymətləndirib.

Qvardiola noyabrın 9-da, Premyer Liqada “Liverpul”la qarşılaşmada məşqçilik karyerasında 1000-ci oyununa çıxacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Stounz, Qvardiolanın onun futbol baxışını tamamilə dəyişdirdiyini bildirib:

“Komandaya ilk gəldiyim gün düşünürdüm ki, futbolu bilirəm, amma yanılırdım. Qvardiola mənə futbolu tam başqa tərəfdən göstərdi.

Hər gün məşqlərdə bu enerjini hiss edirsən. O, daim daha çoxunu istəyir və bu, qalib mentalitetini formalaşdırır. Bizdən də eyni istəyi tələb edir və nəticələr buna sübutdur”.

İngiltərəli müdafiəçi əlavə edib ki, Qvardiolanın futbolçularla ünsiyyəti xüsusi təsir yaradır:

“O, elə danışır ki, sən onu dinləmək, dediklərinə inanmaq istəyirsən. Nə dediyini, necə və nə vaxt dediyini çox yaxşı bilir.

Onunla keçən bu 10 il ərzində hər gün toplantılar, oyun təhlilləri olur. Bunu sözlə izah etmək çətindir”.

Stounzun sözlərinə görə, Qvardiola təkcə taktiki baxımdan deyil, həm də psixoloji olaraq futbolçularını daha yüksək səviyyəyə qaldırmağı bacarır.

Digər Xəbərlər
Xəbər Lenti