“Real”a keçmək istəmir - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

8 Noyabr 22:00 İngiltərə 94
“Real”a keçmək istəmir - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

Aleksis Makallister hazırda “Liverpul”dakı vəziyyətindən tam razıdır.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun planlarında “qırmızılar”ı tərk etmək yoxdur.

Baxmayaraq ki, “Real” ona ciddi şəkildə maraq göstərir.

“Real” 26 yaşlı yarımmüdafiəçi üçün yanvarda təkliflə çıxış edə bilər.

Makallister cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxaraq, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!