"Biz onun sözlərinə qulaq asmalı və dediklərini yerinə yetirməliyik"

21:40 İngiltərə 84
"Biz onun sözlərinə qulaq asmalı və dediklərini yerinə yetirməliyik"

“Mançester Siti”nin hücumçusu Erlinq Haland baş məşqçi Pep Qvardiola haqqında yüksək fikirlər səsləndirib və onu dahi adlandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvard, Qvardiolanın həqiqi bir dahi olduğunu bildirib:

“O, həqiqi dahi biridir. Bu qədər çox qələbə qazanmasının səbəbi onun fədakarlığı və əzmkarlığıdır. Baxın, klub və karyerası üçün nə qədər iş görüb – sadəcə fantastikadır.

Burada əsas məsələ komandada birlikdə işləməkdir. Biz onun sözlərinə qulaq asmalı və dediklərini yerinə yetirməliyik.

O, bizə nə edəcəyimizi, necə oynayacağımızı izah edir. Biz də ona layiq olaraq əla futbol nümayiş etdirməliyik”.

Halandın sözlərinə görə, Qvardiolanın tələbləri və iş prinsipləri komandanı daim ən yüksək səviyyəyə çatdırır.

Digər Xəbərlər
Xəbər Lenti