“Mən tam sakitəm, o, uzun illər bizim hücumçumuz olacaq”

18:20 İngiltərə 67
“Mən tam sakitəm, o, uzun illər bizim hücumçumuz olacaq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın sloveniya­lı hücumçusu Benjamin Şeşkonun çıxışı barədə fikirlərini bölüşüb.

“Qırmızı şeytanlar” 22 yaşlı futbolçunu bu ilin avqustunda, “Leyptsiq”dən 75 milyon avrodan çox məbləğə transfer etmişdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Şeşkonun potensialına inandığını deyib:

“O, çox gəncdir və bu mərhələdə özünə inamı qorumaq asan deyil. Şeşkonun potensialı çox yüksəkdir, amma biz hələ onun oyuna yanaşmasını tam öyrənməliyik.

Mən tam sakitəm. O, uzun illər bizim hücumçumuz olacaq. Bəzən çətinliklər yaranacaq, amma bu, futbolun bir hissəsidir”.

Şeşko cari mövsümdə “Mançester Yunayted”in heyətində 11 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti