“Qarabağ”ın rəqibinin baş məşqçisinə məsləhət verdi - Arsen Venger

01:30 İngiltərə 107
“Qarabağ”ın rəqibinin baş məşqçisinə məsləhət verdi - Arsen Venger

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Liverpul”un futbolçusu Florian Virts haqqında maraqlı açıqlama verib.

Sportinfo.az “beIN Sports” kanalına istinadən xəbər verir ki, fransalı mütəxəssis Virtsin öz istəyiylə mərkəz mövqeyində (“10 nömrə” rolunda) oynamaq istədiyini və bunun komandanın oyun sxemini mənfi təsirə məruz qoyduğunu bildirib:

“Bütün problem Virtsin şərtindədir. O, “10 nömrə” mövqeyində oynamaq istədi və bu, komandanın oyun modelini dağıtdı.

Onun gəlişindən sonra Dominik Soboslayi məcburən cinahda çıxış edir. Mən “Liverpul”un baş məşqçisi (Arne Slot) olsaydım, ötən mövsümdəki sxemə qayıdardım və Virtsi sol cinaha yerləşdirərdim. Onun mərkəzdə oynaması səhv qərardır”.

22 yaşlı almaniyalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyunda iştirak edib. Onun komandası son olaraq UEFA Çempionlar Liqasının 4-cü turunda “Real”a qalib gəlib – 1:0.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?