“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”la qarşıdakı Premyer Liqa oyunu haqda gözləntilərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qarşılaşmaya görə həyəcanlı olduğunu söyləyib:
“Liverpul”la oyuna hazırlıqlarımız var, bu matçdan əvvəl həyəcanlıyam və çox məmnunam. Bazar günü keçiriləcək oyunu səbirsizliklə gözləyirəm. Görək, necə olacağıq”.
“Şəhərlilər” çərşənbə günü Çempionlar Liqasında evdə “Borussiya”nı (Dortmund) 4:1 hesabıyla məğlub ediblər.
Komanda 10 oyundan sonra 19 xalla Premyer Liqanın turnir cədvəlində ikinci, “Liverpul” isə 18 xalla üçüncü yerdədir.
“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

