Rinat Axmetov Arda Turanı “Şaxtyor”dan göndərəcək?

5 Noyabr 2025 00:20 İngiltərə 744
Rinat Axmetov Arda Turanı “Şaxtyor”dan göndərəcək?

Tanınmış jurnalist və şərhçi İqor Tsıqanikin məlumatına görə, “Şaxtyor”un rəhbərliyi baş məşqçi Arda Turanın istefasını müzakirə etmir.

Baxmayaraq ki, Donetsk təmsilçisi avrokuboklarda uğursuz çıxış edib və Ukrayna kubokunda “Dinamo”ya məğlubiyyətdən sonra turnirdən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, Tsıqanik öz “YouTube” podkastında bildirib:

“Turan hələ də öyrənir, “Şaxtyor”da təcrübə qazanır. Bəs onun buna vaxtı varmı?

Məlumatıma görə, Rinat Axmetov (“Şaxtyor”un prezidenti) ona hələ də güvənir. Nə avrokubok oyunlarından, nə də “Dinamo”ya məğlubiyyətdən sonra onu istefaya göndərmək fikri olmayıb”.

“Şaxtyor” Ukrayna çempionatında “Dinamo”nu məğlub edərək turnir cədvəlinin zirvəsinə yüksəlib və rəqibini 4 xal qabaqlayır.

Komanda Konfrans Liqasında isə iki oyundan sonra 3 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti