“Real” “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu transfer etmək istəyir.
Sportinfo.az “EL Nacional”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu artıq “kral klubu”nun maraq dairəsindədir.
Baş məşqçi Xabi Alonso ingiltərəli oyunçuda Toni Kroosun keyfiyyətlərini görür və klub rəhbərliyi onun keçidi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.
Uorton cari mövsümdə “Kristal Pelas”ın heyətində 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

