“Yuventus”un müdafiəçisini transfer edə bilər - Premyer Liqa mənsubu

19 İyul 2025 12:20 İngiltərə 563
“Yuventus”un müdafiəçisini transfer edə bilər - Premyer Liqa mənsubu

“Nyukasl” bu yay transfer dövründə heyətinə sağ cinah müdafiəçisi qatmağı planlaşdırır.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, “sağsağanlar” “Yuventus”un 22 yaşlı futbolçusu Nikolo Savonanı nəzərdən keçirirlər.

Bu transferin, “Nyukasl”ın müdafiəçisi Valentino Livramentonun “Mançester Siti”yə keçidi halında reallaşa biləcəyi bildirilir.

Bundan əlavə, “Nyukasl” iki mərkəz müdafiəçisini də izləyir. Söhbət “Atalanta”nın futbolçusu Corco Skalvinidən və “Valensiya”nın oyunçusu Sesar Tarreqadan gedir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!