1 milyon verdilər, qadın hücumçu ilə 4 illik müqavilə bağladılar

19 İyul 00:10 İngiltərə 73
1 milyon verdilər, qadın hücumçu ilə 4 illik müqavilə bağladılar

“Arsenal” “Liverpul”un kanadalı futbolçusu Oliviya Smiti 1 milyon funt-sterlinqə transfer edib.

Sportinfo.az xəbər verir ki, bununla da qadın futbolunda transfer rekordu qeydə alınıb.

20 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.

Peşəkar karyerasına 2023-cü ildə başlayan Oliviya ötən il “Sportinq”dən “Liverpul”a 200 min funt-sterlinqə keçmişdi.

Əvvəlki rekord bu ilin yanvarında qeydə alınıb. Həmin vaxt “Çelsi” “San-Dieqo Veyv”dən amerikalı müdafiəçi Naomi Qirmanını 900 min funt-sterlinqə transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR