İşsiz qalan məşqçidən ŞOK AÇIQLAMA: “Nüfuzumun olmasından çəkinirlər" - VİDEO

14:00 İngiltərə 649
İşsiz qalan məşqçidən ŞOK AÇIQLAMA: “Nüfuzumun olmasından çəkinirlər" - VİDEO

“İndiyə qədər “Kəpəz”də bir neçə dəfə rəhbər dəyişikliyi olub və təəssüflər olsun ki, heç birində mənə təklif gəlməyib.

Çox maraqlıdır, niyə? Çünki burada futbola başlamışam, komandanın uğurları üçün tər tökmüşəm.

Bu qədər məşqçi dəyişikliyi olur, adım mediada hallansa da, bir dəfə də olsun, mənimlə əlaqə saxlamayıblar.

Bəzən sual verirəm ki, səbəbi nə ola bilər? Düşünürəm ki, Gəncədə futbol ictimiayyətində, azarkeşlər arasında nüfüzumun olmasından çəkinirlər.

Həm də yaxşı anlayırlar ki, oynadığım və məşqçi olduğum dönəmlərdə futbola heç vaxt xəyanət etməmişəm”.

Bu açıqlama tanınan futbol mütəxəssisi Mahmud Qurbanova məxsusdur.

Futbolumuzun “Professor”u “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində “Kəpəz”də yaşanan hadisələrə toxunub, baş məşqçi kimi ona dəvət gəlməməsinin səbəbləri barədə danışıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti