Sloveniyalı hücumçu üçün bir neçə dəfə danışıq apardılar

15:20 İngiltərə 146
Sloveniyalı hücumçu üçün bir neçə dəfə danışıq apardılar

“Liverpul” Darvin Nunyesin mümkün gedişi fonunda artıq onun əvəzləyicisini müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar son 72 saat ərzində “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun nümayəndələri ilə bir neçə dəfə əlaqə saxlayıb.

Son telefon danışığı bu səhər baş tutub.

Məlumata əsasən, Almaniya klubu 22 yaşlı futbolçu üçün təxminən 90 milyon avro tələb edir. “Liverpul” bu transferə ciddi yanaşır və Şeşkonu Nunyesin mümkün əvəzləyicisi kimi görür.

Sloveniya millisinin üzvü son mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti