Premyer Liqa klubu 20 nömrəli formanı əbədiləşdirdi - Ölən hücumçusuna görə

00:00 İngiltərə 67
Premyer Liqa klubu 20 nömrəli formanı əbədiləşdirdi - Ölən hücumçusuna görə

“Liverpul” avtomobil qəzasında dünyasını dəyişən futbolçu Dioqo Jotanın 20 nömrəli formasını dövriyyədən çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, heç bir futbolçu “Liverpul”da qadınlardan ibarət komanda və akademiya da daxil olmaqla istənilən səviyyədə 20 nömrə altında oynamayacaq.

Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb.

Dioqo Jota İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!