“Çelsi”nin hücumçusu Səudiyyə Ərəbistanı çempionatına gedəcək?

01:30 İngiltərə 83
“Çelsi”nin hücumçusu Səudiyyə Ərəbistanı çempionatına gedəcək?

“Çelsi”nin hücumçusu Nikolas Cekson cari transfer dövründə İngiltərə klubunu tərk edə bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, seneqallı futbolçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək ehtimalı var.

Eyni zamanda, “Milan” da forvardın transferində maraqlıdır.

Cekson 2023-cü ilin yayında “Vilyarreal”dan “Çelsi”yə transfer olunub. 24 yaşlı hücumçu son mövsümdə 37 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!