127 milyon avroya satdığı vingeri 20 milyona geri qaytarmaq istəyir

00:20 İngiltərə 110
127 milyon avroya satdığı vingeri 20 milyona geri qaytarmaq istəyir

“Çelsi”də çıxış edən portuqaliyalı vinger Joao Feliks yaxın zamanda İngiltərəni tərk edə və karyerasını yenidən vətənində davam etdirə bilər.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Benfika” 25 yaşlı futbolçunun transferi ilə maraqlanır və onun üçün 20 milyon avro ödəməyə hazırdır.

Feliksə 2031-ci ilin ortalarınadək olan uzunmüddətli müqavilə təklif ediləcək. O, 2015-2019-cu illər ərzində “Benfika”nın formasını geyinib və buradan 127 milyon avroya “Atletiko”ya transfer olunmuşdu.

Feliks son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib və A Seriyasında 15 oyuna çıxaraq, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!