Kolumbiyalı hücumçunu buraxmağa hazırdır - Sərfəli təklif gəlsə

10 İyul 22:40 İngiltərə 127
Kolumbiyalı hücumçunu buraxmağa hazırdır - Sərfəli təklif gəlsə

“Liverpul”un hücumçusu Luis Dias rəhbərliyə komandadan ayrılmaq istədiyini açıq şəkildə bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu sərfəli təklif gəldiyi təqdirdə, kolumbiyalı futbolçunu buraxmağa hazırdır.

Daha öncə “Liverpul” onu “Bayern” və “Barselona”ya satmağa razılıq verməyib.

Son günlərdə “Bayern”in idman direktoru Maks Eberl İngiltərə klubu ilə yeni danışıqlar aparsa da, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.

28 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!