Maliyyə şərtlərində güzəştə getmək niyyətində deyil - Nə gedə bilir, nə də qala

21 İyun 22:00 İngiltərə 131
Maliyyə şərtlərində güzəştə getmək niyyətində deyil - Nə gedə bilir, nə də qala

“Mançester Yunayted” hücumçusu Markus Reşfordun transferi ilə bağlı danışıqlarda irəliləyişə nail ola bilmir.

Sportinfo.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, əsas problem Reşfordun yüksək maaşıdır.

İngiltərəli futbolçu maliyyə şərtlərində güzəştə getmək niyyətində deyil. Onun illik maaşı 18 milyon avronu keçir ki, bu da onu almaq istəyən klubların çoxu üçün əlçatmaz məbləğdir.

Reşfordun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və o, karyerasındakı enişə baxmayaraq, sərfəli şərtlərdən imtina etməyə hazırlaşmır.

Daha əvvəl “Barselona”nın ona maraq göstərdiyi bildirilmişdi, ancaq indiki vəziyyətdə bu transferin baş tutması real görünmür.

Beləliklə, “Mançester Yunayted” çətin vəziyyətə düşüb. Komandanın baş məşqçisi Ruben Amorimin planlarında Reşforda yer yoxdur, ancaq yüksək maaşı səbəbilə klub ondan asanlıqla ayrıla bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!