47 milyon avro təklif etməyə hazırdırlar - Virts gəlir, o isə getmək istəyir

21 İyun 21:40 İngiltərə 858
47 milyon avro təklif etməyə hazırdırlar - Virts gəlir, o isə getmək istəyir

“Brayton” “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotu transfer etməkdə maraqlıdır.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “qağayılar” 22 yaşlı futbolçu üçün təxminən 47 milyon avro təklif etməyə hazırdırlar.

Elliotun komandadan ayrılmasına səbəb isə Leverkuzen “Bayer”indən Florian Virtsin “Liverpul”a keçidindən sonra oyun praktikası üçün şanslarının azala biləcəyi ehtimalıdır.

O, daha çox meydanda olmaq üçün klubunu dəyişməyə qərar verə bilər.

İngiltərəli yarımmüdafiəçi son mövsümdə “qırmızılar”ın heyətində 28 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu