
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yeni mövsümə ciddi islahatlarla hazırlaşır.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hücum xəttindəki dörd futbolçunu planlarına daxil etmir. “
Qara siyahı”ya düşən oyunçular bunlardır: Markus Reşford, Ceydon Sanço, Antoni və Alexandro Qarnaço.
Bu futbolçulardan Reşford, Sanço və Antoni yayda icarədən qayıdıblar.
Bu oyunçulardan hansısa biri mövsümöncəsi toplanışa qədər satılmasa, həmin futbolçular ABŞ-da keçiriləcək hazırlıq turuna aparılmayacaq.
Onlar bunun əvəzində “Mançester Yunayted”in bazasında fərdi şəkildə məşqlərə davam edəcəklər.
“Mançester Yunayted” Premyer Liqanın son mövsümünü turnir cədvəlinin 15-ci pilləsində tamamlayıb.