150 milyon avroluq transferini açıqladı - Premyer Liqa nəhəngi

00:00 İngiltərə 80
150 milyon avroluq transferini açıqladı - Premyer Liqa nəhəngi

“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtzin transferini açıqlayıb.

Sportinfo/az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı almaniyalı futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer”ə 150 milyon avro ödəyib. Virtzin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib.

Florian Virtz geridə qalan mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 qolun ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı