“Neftçi” və “Qarabağ”da işləmiş məşqçiyə İngiltərədə bu komandanı tapşırdılar

21 İyun 00:50 İngiltərə 1 357
“Neftçi” və “Qarabağ”da işləmiş məşqçiyə İngiltərədə bu komandanı tapşırdılar

"Şeffild Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri "Hall Siti" olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu