
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası mövsümün ən yaxşı gənc oyunçusu mükafatına namizədlərin siyahısını təqdim edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda 6 futbolçu yer alıb:
Liam Delap (“Çelsi”, mövsümün əvvəlində “İpsviç”də çıxış edib)
Maylz Lyuis-Skelli (“Arsenal”)
Miloş Kerkez (“Liverpul”, mövsümün əvvəlində “Bornmut”da idi)
Din Heysen (“Real”, mövsümün əvvəlində “Bornmut”da idi)
İtan Nvaneri (“Arsenal”)
Morqan Rocers (“Aston Villa”)
Lyuis-Skelli “Arsenal”da parlaq mövsüm keçirib və İngiltərə millisində Albaniya yığması ilə debüt matçında qol vurmağı bacarıb. Onun komanda yoldaşı, 17 yaşlı İtan Nvaneri isə son mövsümdə “topçular”ın heyətində 37 oyunda 9 qol vurub.
Liam Delap “İpsviç”dən “Çelsi”yə keçdikdən sonra Premyer Liqada 12 qol vurub.
Din Heysen yayda “Real”a keçsə də, son mövsümdə “Bornmut”da göstərdiyi oyunla diqqət çəkmişdi.
Kerkez də “Bornmut”un heyətində mövsümü uğurla tamamladıqdan sonra “Liverpul”a üz tutub.
“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers isə 14 qol və 15 məhsuldar ötürmə ilə statistikada fərqlənib.
Mükafatın qalibi avqustun 19-da, Mançesterdə keçiriləcək mərasimdə elan olunacaq.