
“Napoli” hələ də “Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Ceydon Sançonu almaq istəyir. Amma bir problem var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular ingilis futbolçunun maliyyə gözləntisini təmin etməyə hazır deyillər.
“Napoli” onun icarəyə götürülməsi variantını nəzərdən keçirə bilər, lakin oyunçudan xilas olmaq istəyən “Mançester Yunayted” bununla razı deyil.
Sanço 2024/2025 mövsümündə bütün yarışlarda 42 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
25 yaşlı futbolçunun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.