“Keçmişdə də, bu il də başqa variantlarım var idi, amma seçimim qalmaq oldu”

00:20 İngiltərə 69
“Keçmişdə də, bu il də başqa variantlarım var idi, amma seçimim qalmaq oldu”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva növbəti mövsüm komandada qalacağını təsdiqləyib. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu müqavilə müddəti başa çatdıqdan sonra nə etməli olduğunu artıq bildiyini, ancaq hazırda bu barədə danışmaq istəmədiyini və diqqətini qarşıdan gələn mövsümə yönəltməyə üstünlük verdiyini deyib:

“Yeni mövsümdə dəqiq şəkildə “Mançester Siti”də olacam. Qalıram. Keçmişdə də, bu il də başqa variantlarım var idi, amma seçimim “Mançester Siti”də qalmaq oldu”.

Silva 2017-ci ildən bəri İngiltərə təmsilçisinin formasını geyinir. O, son mövsümdə 49 oyuna çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!