
“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço İngiltərənin başqa klubuna transfer oluna bilər.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Tottenhem” argentinalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi Qarnaçonun transferini ciddi şəkildə nəzərdən keçirir.
Hazırda 19 yaşlı oyunçunun transfer dəyəri 45 milyon avro qiymətləndirilir. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qarnaço 2024/25 mövsümündə “Mançester Yunayted”in heyətində 58 oyunda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.