35 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalamaq fikirləri var

17 İyun 18:40 İngiltərə 141
35 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalamaq fikirləri var

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker karyerasını “Everton”da davam etdirməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu üçün “Everton”la bir illik müqavilə imzalamaq əsas prioritetdir.

İngilislər artıq Uolkerlə danışıqlara onun “Milan”da icarə əsasında çıxış etdiyi dövrdə başlayıb.

Bununla yanaşı, “Fənərbaxça” da Uolkerin transferi üçün mübarizəni davam etdirir və hələ də ondan cavab gözləyir.

İngiltərəli müdafiəçi 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. O, İtaliya klubunun heyətində 16 oyunda meydana çıxsa da, məhsuldar göstəriciləri olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 18:10 Çək və bizə göndər!