
“Mançester Yunayted”in hücumçusu Markus Reşford gələcəyi ilə bağlı yekun qərarını verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun istədiyi şey “qırmızı şeytanlar”dan ayrılıb “Barselona”ya keçməkdir.
Reşfordun “Mançester Yunayted”dəki maaşı mövsümdə təxminən 10 milyon avrodur, lakin cinah oyunçusu İspaniya klubuna keçmək üçün maaşının azaldılmasını qəbul etməyə hazırdır.
“Mançester Yunayted”in onun transferi üçün 40 milyon funt sterlinq (47,2 milyon avro) istədiyi barədə şayiələr yayılıb.
Daha əvvəl Kataloniya klubunun forvardın niyyətini yüksək qiymətləndirdiyi, lakin hücumu gücləndirmək üçün “Liverpul”un cinah oyunçusu Luis Diası prioritet variant kimi nəzərdən keçirdiyi bildirilib.
Futbolçunun özü isə iyun ayı boyunca “Barselona”nın gələcəyi ilə bağlı qərarını gözləməyə hazırdır.
Reşford son mövsümdə icarə əsasında “Aston Villa”da çıxış edib. 27 yaşlı hücumçu ilə “Çelsi”, “Arsenal”, “Aston Villa”, “İnter” və “Milan” da maraqlanır.