
PSJ-nin hücumçusu Mahamadu Sanqare karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, “Mançester Siti” 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.
Sanqarenin PSJ ilə sözləşməsinin müddəti başa çatmaq üzrədir və bu, İngiltərə klubuna onun transferini pulsuz həyata keçirməyə imkan verir.
Fransalı futbolçu PSJ-nin əsas komandasında hələ bir oyunda belə, iştirak etməyib, Fransa U-18 millisində isə iki dəfə meydana çıxıb.