Premyer Liqa klubunda danimarkalı baş məşqçi - RƏSMİ

00:00 İngiltərə 110
Premyer Liqa klubunda danimarkalı baş məşqçi - RƏSMİ

Tomas Frank "Tottenhem"in baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, London klubu rəsmi olaraq danimarkalı Tomas Frankın baş məşqçi təyin olunduğunu elan edib.

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Mətbuatda yayılan məlumatlara görə, "Tottenhem" Frankın gedişi qarşılığında "Brentford"a 10 milyon funt-sterlinq kompensasiya ödəyəcək.

Xatırladaq ki, klub ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu istefaya göndərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti