
“Mançester Siti”nin və İngiltərə millisinin sabiq futbolçusu Trevor Sinklayer məhkəmə iclasına gəlməyib və bu iclasda o, rəsmi olaraq müflis elan edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Karyerasını başa vurduqdan sonra müxtəlif media qurumlarında çalışan Sinklayerin təxminən 42 min avro borcu var.
Onun vəkili bildirib ki, borc keçmiş futbolçunun özünü müstəqil sahibkar kimi səhvən qeydiyyata alması səbəbindən yaranıb.
Ona borcunu ödəmək üçün bir neçə dəfə imkan verilsə də, məhkəmə hakimi qərara gəlib ki, Sinklayer borclarını qaytara bilməyəcək.
Sinklayer hazırda ailəsi ilə birlikdə Yaxın Şərq ölkələrinin birində yaşayır.