
İngiltərə Premyer Liqasının bir neçə klubu “Mançester Yunayted”in vingeri Ceydon Sançoya maraq göstərir.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferində “Aston Villa”, “Tottenhem” və “Nyukasl” maraqlıdır. Ona həmçinin, Səudiyyə Ərəbistanı klublarının da təklifləri var.
Son mövsümü “Çelsi”də icarədə keçirən Sançonu London klubu birdəfəlik transfer etmədi.
Onun yüksək maaş tələbi isə “Brentford”, “Yuventus”, “Fənərbaxça” və keçmiş klubu Dortmund “Borussiya”sına keçidini əngəlləyib.
İngiltərəli futbolçu 2024/25 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.