
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts “Liverpul”a keçməyə çox yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” 22 yaşlı futbolçunun transferi üçün Leverkuzen təmsilçisi ilə prinsipial razılıq əldə edib.
Transferin ümumi dəyəri bonuslarla birlikdə 150 milyon avro təşkil edəcək ki, bu da onu Premyer Liqa tarixinin ən bahalı keçidi edə bilər.
Hazırda bu rekord “Çelsi”nin Enzo Fernandes üçün ödədiyi 121 milyon avro ilə bağlıdır.
Virts “Liverpul”la şəxsi müqavilə şərtlərini artıq iki həftə əvvəl razılaşdırıb. İndi isə klublar da razılığa gəldiyindən, transferin baş tutması qaçılmazdır. Onun tibbi müayinədən keçib müqaviləni rəsmiləşdirməsi qalır.