Premyer Liqa nəhəngi 5 illik müqavilə imzaladı – Millinin yarımmüdafiəçisi ilə

11 İyun 2025 10:20 İngiltərə 643
Premyer Liqa nəhəngi 5 illik müqavilə imzaladı – Millinin yarımmüdafiəçisi ilə

“Mançester Siti” Lion “Olimpik”inin yarımmüdafiəçisi Rayan Çerkini transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 36,5 milyon avrodur.

Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin, Fransa klubu futbolçunun növbəti transferindən 15 faiz pay alacaq.

Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti