
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenkonun karyerasını İtaliya çempionatında davam etdirmək variantları ilə bağlı xəbərlər yayılıb.
Sportinfo.az “La Lazio Siamo Noi”-yə istinadən xəbər verir ki, “Latsio” ukraynalı oyunçunu heyətinə qatmaqda maraqlıdır.
“Arsenal” 28 yaşlı futbolçunu təxminən 5 milyon avroya satmağa hazırdır. Zinçenko özü də İtaliya çempionatında oynamağa müsbət yanaşır.
Digər bir iddia isə “Milan”ın da onun xidmətində maraqlı olmasıdır.
Zinçenko son mövsümdə “Arsenal”ın əsas heyətində az oynayıb. O, İngiltərə Premyer Liqasında 15 oyuna çıxaraq, 1 məhsuldar ötürmə ilə yadda qalıb.