
Rusiyalı iş adamı Roman Abramoviç artıq futbol klublarına sahib olmağı planlaşdırmadığını bildirib. O, “Çelsi”ni 2022-ci ilin mayında 2,34 milyard funt sterlinqə satıb.
Sportinfo.az xəbər verir ki, “Daily Mail” nəşri Abramoviçin “Sanksiyalar altında: “Çelsi”nin satışının daxili hekayəsi” kitabından sitat gətirib:
“Ola bilsin ki, bir gün mən matça qatılıb düzgün vidalaşa biləcəm. Məni futbol klubunda heç bir rol maraqlandırmır, xüsusən də, peşəkar olaraq.
Bəlkə, nəyisə dəyişə biləcək bir təşəbbüs olsaydı, çətin vəziyyətdə olan insanlara daha çox imkan yaradaraq, akademiyalara və gənclərə kömək edə bilərdim. Ancaq kluba və ya peşəkar bir rola sahib olmaq mənim həyatımda bitdi”.
Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibi idi.