İsveçli hücumçu üçün danışıqlar aparır - “Mançester Yunayted”

10 İyun 21:40 İngiltərə 488
İsveçli hücumçu üçün danışıqlar aparır - “Mançester Yunayted”

“Mançester Yunayted” İsveç millisinin və Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşi transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Tərəflər danışıqları vasitəçilərin yardımı ilə aparır. Qyokereşin “qırmızı şeytanlar”ın hücum xəttində danimarkalı forvard Rasmus Hoylundu əvəzləyəcəyi gözlənilir. Hoylund son mövsümdə aşağı məhsuldarlığı ilə yadda qalıb.

27 yaşlı Qyokereş 2024/25 mövsümündə 51 oyuna çıxaraq 53 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu