
“Brentford”un baş məşqçisi Tomas Frank “Tottenhem”in yeni çalışdırıcısı olacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 51 yaşlı mütəxəssislə şəxsi müqavilə şərtlərində razılığa gəlib.
“Tottenhem” danimarkalı çalışdırıcının komandaya gəlişi üçün “Brentford”a 11,8 milyon avro təzminat ödəyəcək.
Londonlular qısa müddət əvvəl UEFA Avropa Liqasındakı çempionluqdan sonra avstraliyalı baş məşqçi Angelos Postekoqlunu istefaya göndərmişdi.
Komanda Premyer Liqanın son mövsümünü 38 xalla turnir cədvəlinin 17-ci pilləsində başa vurub.