Fransalıya görə 15 milyon avro təklif edir - Paytaxt “zadəganlar”ı

8 İyun 20:50 İngiltərə 102
Fransalıya görə 15 milyon avro təklif edir - Paytaxt “zadəganlar”ı

“Çelsi”nin rəhbərliyi “Milan”ın qapıçısı Mayk Menyanı transfer etmək üçün yeni cəhdlər edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu fransalı qolkiper üçün 15 milyon avro təklif edib.

Klub gələn həftə ABŞ-da başlayacaq Klublararası dünya çempionatı öncəsi transferi həyata keçirmək istəyir.

Menyanın “Milan”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. 29 yaşlı futbolçu son mövsümdə 53 oyun keçirib və 15 dəfə qapını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti