
“Real”ın sabiq yarımmüdafiəçisi, hazırda “Real Sosyedad”da çıxış edən Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın bir neçə klubu yaponiyalı futbolçuya ciddi şəkildə maraq göstərir.
Kubo transfer bazarında 30-40 milyon avro civarında təzminat məbləği ilə əlçatandır. Onun özü də yeni çağırışlara açıqdır və İngiltərədə qüvvəsini sınamağa hazır olduğunu bildirib.
24 yaşlı futbolçu son La Liqa mövsümündə “Real Sosyedad”ın heyətində 36 oyunda meydana çıxaraq, 5 qola imza atıb.