8 milyon avroluq transfer etdilər – Paytaxt komandasından

00:20 İngiltərə 86
8 milyon avroluq transfer etdilər – Paytaxt komandasından

İtaliya millisi və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Jorginyo Braziliyada “Flamenqo” ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu “qırmızı-qaralar”la 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, yeni klubunda 21 nömrə altında çıxış edəcək.

Ötən mövsüm Jorginyo “Arsenal”ın heyətində bütün turnirlərdə 27 oyun keçirib və 1 qol vurub.

“Transfermarkt” portalında futbolçunun dəyəri 8 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti