Fransalı hücumçunu transfer etməyə çalışacaq - Paytaxt klubu

16 Aprel 22:00 İngiltərə 1 077
Fransalı hücumçunu transfer etməyə çalışacaq - Paytaxt klubu

“Brayton”un hücumçusu Georginyo Rutter karyerasını İngiltərənin iddialı klubunda davam etdirmək imkanına malikdir.

Sportimfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Çelsi” maraqlıdır.

Londonlular növbəti transfer pəncərəsində Rutterin keçidini başa çatdırmağa ümid edirlər.

Onun bazar dəyəri 32 milyon avro qiymətləndirilir. O, bu mövsüm 34 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Fransalı forvardın “qağayılar”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM