COP29

Premyer Liqa klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTO

8 Dekabr 2024 10:40 İngiltərə 432
Premyer Liqa klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTO

“Vest Hem"in futbolçusu Maykl Antonio ağır qəzaya düşüb.

Sportinfo.az xəbər veirr ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, futbolçunun vəziyyəti stabildir:

“Biz təsdiq edə bilərik ki, Antonio bu gün yol qəzasına düşüb. Bütün klub işçiləri üşüncə və duaları ilə Mayklın, ailəsinin və dostlarının yanındadır”.

Mayklın hazırda London xəstəxanasında nəzarət altında olduğu deyilir.

Qəza zamanı futbolçunun maşını ciddi ziyan görüb.

Bu mövsüm Antonio Premyer Liqada 14 oyun keçirib və 1 qol vurub. İngiltərə çempionatının turnir cədvəlində “Vest Hem” 15 xalla 14-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti