Sabiq oyunçusu Premyer Liqa klubunu məhkəməyə verdi və UDDU

7 Noyabr 2024 10:20 İngiltərə 745
Sabiq oyunçusu Premyer Liqa klubunu məhkəməyə verdi və UDDU

”Loryan”ın müdafiəçisi Benjamin Mendi məhkəmədə keçmiş klubu “Mançester Siti”yə qarşı iddiasını qismən qazanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı cinsi təcavüzdə ittiham olunduğu məhkəmə prosesində İngiltərə klubundan tutulan maaşların ödənilməsini tələb edib.

Nəticədə Mendiyə bütün işlər üzrə bəraət hökmü çıxarılıb.

“Mançester Siti” Mendi həbs olunduğu və sonra girov şərtləri ilə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün pulunu verməyib.

Məhkəmə “şəhərlilər”i Mendiyə bəyan edilən məbləğin hamısını deyil, böyük hissəsini ödəməyə məcbur edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR