31,9 milyon avro ödədi, transfer hüquqlarını aldı

5 İyul 2024 15:20 İngiltərə 805
31,9 milyon avro ödədi, transfer hüquqlarını aldı

Ötən mövsümü icarə əsasında “Arsenal”da keçirən qapıçı David Raya London klubuna transfer olunub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Brentford”a məxsus olan qolkiperlə “Arsenal” arasında uzunmüddətli sözləşmə imzalanb.

Bu keçid “topçular”a 31,9 milyon avroya başa gəlib.

Raya “Arsenal”ın heyətində bu günə qədər 41 oyunda çərçivəni qoruyub və 20 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!