COP29

Premyer Liqa klubu kapitanını itirdi - 6-9 ay yaşıl meydanlardan kənarda qala bilər

2 Aprel 09:00 İngiltərə 240
Premyer Liqa klubu kapitanını itirdi - 6-9 ay yaşıl meydanlardan kənarda qala bilər

“Nyukasl” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin kapitanı Camal Lassells uzun müddətə sıradan çıxıb.

Premyer Liqanın 30-cu turunda “Vest Hem”lə ev oyununda (4:3) dizindən zədə almış 30 yaşlı futbolçu üçün mövsüm erkən bitib.

Klubdan verilən məlumata görə, müdafiəçi 6-9 ay yaşıl meydanlardan kənarda qala bilər.

Bu mövsüm müdafiəçi komandanın heyətində 26 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"