Britaniyalı milyarder satın aldı - Premyer Liqa klubunu

21 Fevral 2024 21:40 İngiltərə 1 313
Britaniyalı milyarder satın aldı - Premyer Liqa klubunu

Britaniyalı milyarder Cim Ratkliff rəsmən “Mançester Yunayted”in sahibi olub.

Sportinfo.az xəbər verir ki, o, İngiltərə təmsilçisinin A kateqoriyalı səhmlərinin 27,7 faizini və B kateqoriyalı səhmlərinin 27,7 faizini alıb.

Müqavilənin bütün şərtləri yerinə yetirilib. İngiltərə Futbol Federasiyası və Premyer Liqadan da razılıq alınıb.

Cim Ratkliff A və B siniflərinin əlavə səhmlərini almaq üçün kluba 200 milyon dollar sərmayə qoyub.

31 dekabr 2024-cü ilə qədər daha 100 milyon dollar sərmayə qoyulacaq. Bu vəsait “Old Trafford”da yenilənmə işlərinin görülməsi üçün nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM