“Utanmalıdırlar! Onların durumunda olsaydım, yerin altına girərdim”

7 Mart 2023 00:10 İngiltərə 463
“Utanmalıdırlar! Onların durumunda olsaydım, yerin altına girərdim”

Keçmiş futbolçu Roy Kin İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul” – “Mançester Yunayted” (7:0) oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın veteran futbolçuları barədə danışıb:

“Komandanın veteran futbolçuları özlərini yöndəmsiz aparır, heç bir liderlik nümayiş etdirmirlər.

“Mançester Yunayted” üçün çətin gün oldu. Tanrıya şükürlər olsun ki, heç vaxt belə məğlubiyyət yaşamamışam”.

Roy Kin Mançester təmsilçisinin futbolçularını da sərt tənqid edib:

“Futbolçular utanmalıdırlar! Çünki vəziyyət dalana dirənəndə gözdən itirlər.

Klubu aşağı salan məhz onlardır. Onların durumunda olsaydım, yerin altına girərdim. Bu, onlar üçün ayıbdır”.

“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 49 xalla üçüncü, “Liverpul” isə 42 xalla beşincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR