“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul”la oyunundan öncə danışıb.
Sportinfo.az xəbər verir ki, o, görüşü səbirsizliklə gözlədiyini bildirib:
“Düşünürəm ki, komandanın düşərgəsinə qayıdan futbolçuları “Liverpul”la oyunda görə bilərik. Luk Şounun qayıtmasını səbirsizliklə gözləyirik.
Ceydon Sanço xəstələnmişdi. Onu da gözləyirik. Matçı səbirsizliklə gözləyirəm.
Çünki stadiondakı ab-hava əla olacaq. Bu amil bizim düşmənimiz kimi görünə bilər, amma bunu bəyənirik”.
“Liverpul” – “Mançester Yunayted” matçı bu gün, saat 20:30-da start götürəcək.

